Saakaşvilinin şok görüntüləri yayıldı
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili cəzadan azad edilməsi ilə bağlı məhkəmə iclasında uzaqdan iştirak edir. Siyasətçi müalicə aldığı “Vivamed” klinikasından videobağlantı vasitəsilə prosesə qatılıb.
Bu barədə “Gürcüstan Onlayn” məlumat yayıb.
“Bütün biliyimi Gürcüstana vermişəm. İndi sağlamlığımı vermişəm və tək xahişim budur ki, mənə adekvat müalicə almaq imkanı versinlər. Lazım olsa, canımı verərəm. Vəziyyətim kəskin şəkildə pisləşib”, - deyə eks-prezident bildirib.
Qeyd edilir ki, görüş zamanı Saakaşvili səhhətinin son dərəcə ağır olduğunu bildirib. O, nə qədər arıqladığını nümayiş etdirmək üçün köynəyini yuxarı çəkib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın