Sabir Rüstəmxanlı qiymət artımı ilə bağı parlamentdə dinləmə keçirilməsini təklif edib
“Bizdə büdcənin müzakirələri çıx qısa keçir”.
APA.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın: “Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, büdcədə yer almasını istəyir.
S. Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini təklif edib: “Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın