Şabranda 18 nəfər qidadan zəhərləndi - Araşdırma başladı
Şabranda ad günü məclisində 15 nəfərin zəhərlənməsi ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət araşdırma qrupu hadisə yerinə ezam olunub.
Faktinfo.az xəbər verir ki,bu barədə Axar.az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva deyib. O bildirib ki, hazırda agentlik əmkədaşları tərəfindən araşdırmalara başlanılıb:
“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Oxu.az saytı Şabranda keçirilən ad günü məclisində 15 nəfərin qidadan zəhərlənməsi barədə məlumat yayıb. Səhiyyə Nazirliyi isə ad günündə iştirak etməyən əlavə 3 nəfərin də qida zəhərlənməsi ehtimalı ilə Şabran rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın