Sağalmaz serebral iflic xəstəsinin də müavinəti kəsilib

Sağalmaz serebral iflic xəstəsinin də müavinəti kəsilib - VİDEO

Mingəçevir şəhərində yaşayan Sevil Hacıyeva serebral iflic xəstəliyindən əziyyət çəkən övladının kəsilmiş əlillik müavinətini bərpa edə bilmədiyini deyir.

Faktinfo.az xəbər verir ki,bununla bağlı Yeniavaz.com saytına müraciət edilib və bildirilib ki, 14 yaşlı serebral iflic xəstəsi olan oğlu Hacıyev Nicata əlilliyə görə verilən müavinət 1 ildir ki, kəsilib. S.Hacıyeva bununla bağlı Sosial Müdafiə Fonduna da müraciət edib. 1 ilə yaxındır ki, onsuz da maddi imkanı çətin vəziyyətdə olan ananın durumu daha da ağırlaşıb. Yerlərdə sürünən oğlunun halı ailənin dağılmasına gətirib çıxarıb. Sevil xanım deyir ki, həyat yoldaşı 2 oğul övladını ataraq onlara baxmaqdan imtina edib. Hələ üstəlik, aliment də ödəmir. Qadın küçələri süpürməklə qazandığı 236 manat məbləğlə ailəni bir təhər dolandırır. Xəstənin pampers və dərmanlarına pul tapa bilmir. Çarəsiz ana, anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən oğluna heç bir kömək edə bilmir. Bütün bu qayğıların arasında, uşağa təyin edilən müavinətin kəsilməsi də onlar üçün daha böyük problem olub.S. Hacıyeva sənədləri tamamlayaraq aidiyyətı qurumlara yenidən təqdim etsə də, hələ ki, heç bir nəticə olmadığını iddia edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Yeniavaz.com-un iddialarla bağlı sorğusuna cavab olaraq, qısa zaman ərzində H. Nicatın müavinətinin bərpa olunacağı bildirildi:

"Mingəçevir sakini Hacıyev Nicat Hafiz oğluna 04.03.2017- 04.03.2020 tarixlərində sağlamlıq imkanları məhdudluq təyin edilib, qanunvericiliyə əsasən təyinat müddəti 04.03.2020 tarixində başa çatıb. Lakin, müddət başa çatdıqdan sonra Nicat Hacıyevin sağlamlıq imkanları məhdudluq müddətinin uzadılması üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsindən rəsmi qaydada forma 88 (göndəriş) tərtib olunaraq Əlillik Altsisteminə daxil edilməyib. Yeni forma 88 səhiyyə müəssisəsi tərəfindən Əlillik Altsisteminə təzəlikcə daxil edilib və uşağa tezliklə sağlamlıq imkanları məhdudluq təyin ediləcək".

Onu da qeyd edək ki, ailə çox ağır durumda yaşayır, imkanlı şəxslər ailəyə öz yardımlarını edə bilərlər.

Əlqə tel: +99450 349 28 33.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi