Saxta əlilliyin ləğvi prosesində xeyli insanın haqları tapdalanır – Millət vəkili
Əlillik haqqında qanuna dəyişikliklər ilk baxışda forma dəyişikliyi kimi görünsə də, bu, model dəyişiliyidir.
Burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci, 81-100 faiz üçüncü dərəcə əlilliyə müvafiq deyil. Biz daha çox tibbi xarakter daşıyan modeldən sosial xarakter daşıyan modelə yönəlməliyik.
Bu barədə Milli Məclisin iclasında deputat Əli Mənsimli parlamentin bugünkü iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, əlilliyi olan şəxslərin müdafiəsi üçün qanundakı işləməyən maddələri hərəkətə gətirmək istiqamətində addımlar atılmalıdır:
“Əlillərin işlə təmin edilməsi, xüsusilə şəhid ailələri və qazilərin məsələsi istiqamətində addım atılmalıdır. Saxta əlilliklə bağlı rəqəmlərin müxtəlif olması göstərir ki, nazirliyin özündə bu haqda konkret təsəvvür yoxdur. Saxta əlilliyi alanla saxta əlilliyi verən arasında uyğunsuzluq olması həmin maddənin də işləmədiyi anlamına gəlir. Saxta əlilliklər ləğv olunan zaman əlilliyə haqqı olan xeyli insanın haqqı tapdanıb. Bəzi ailələrdə əlillik müavinətindən başqa heç bir gəlir yoxdur. Bunun cavabını kim verəcək? Bu məsələni həll etmək üçün qanunda bir maddə var ki, ona istinad edə bilərik. Qanunun monitorinqlərə aid maddəsi işləsə, ictimaiyyətin iştirakı hansı tərəfin haqlı, hansının haqsız olması istiqamətində ciddi işlər görülə bilər. İndi fəaliyyətdə olan əlillik sisteminin maliyyə tutumu nə qədərdir, qəbul olunandan sonra nə qədər olacaq - rəqəmlər obyektiv verilsə, suallara aydınlıq gətiriləcək. Haqları pozulmuş insanlara kompensasiya verilərsə, məsələ həllini tapar”.
Bu xəbər üçün şərh yazın