Saxta tavalar əhalini zəhərləyir: Orijinalı necə seçək? - VİDEO
Sağlamlıq baxımından faydalı hesab olunan qranit qazan-tavaların saxta versiyaları satılır.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, videoda bir nəfər marketdən aldığı qranit tavanın kənarına çəngəl keçirəndə materialın yapışqan plastik olduğu ortaya çıxır.
Bu qablar hər yemək bişiriləndə istiliyə məruz qalır və üzərindəki örtük əriyərək yeməklərə qarışır, zəhərlənməyə belə gətirib çıxarır.
Həkim Hüseyn Mehdiyevin sözlərinə görə, saxta örtüklərin tərkibində olan qatqılar mədə-bağırsaq sistemində problemlərə, həmçinin onkoloji xəstəliklərə səbəb ola bilər.
Ətraflı Baku TV-nin süjetində:
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın