Seçicilərdən Aqiyə Naxçıvanlıya :

Seçicilərdən Aqiyə Naxçıvanlıya : “Bu seçkilərdə bizim səsimiz sizindir!” –dedilər

Fevralın 6-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı Qəbələnin Zarağan və Daşca kənd seçiciləri ilə görüşüb.

Namizədin seçki qərargahından Faktinfo.az-a verilən məlumata görə,görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və namizədin vəkili Azad Məmmədov seçiciləri salamlayaraq deputatlığa namizəd Aqiyə Naxçıvanlının tərcümeyi-halı, pedaqoji, siyasi fəaliyyəti və onun rayon miqyasında gördüyü işlər haqqında geniş məlumat verib.

Aqiyə Naxçıvanlı görüşdə iştirak edən seçicilərini salamlayaraq ölkə başçısı İlham Əliyevin regionların inkişafına, vətəndaşların sosial müdafiəsinin təmin olunmasına, şəhid ailələrinə, Qarabağ əlillərinə göstərdiyi diqqətdən və onun son illərdə respublikada apardığı bir çox sahələri əhatə edən islahatlardan danışıb.

Çıxış edən seçicilərdən Fikret İsmayilov, İlqar Sultanov, Suqra Məmmədova, Rəsmiyyə Rəsulzadə və başqaları Aqiyə Naxçıvanlının seçicilərinə diqqətindən, kəndin abadlaşdırılmasında, müraciətlərin həll olunmasında səlahiyyətləri çərçivəsində göstərdiyi köməkliyə görə minnətdarlıq ediblər. Onlar Aqiyə xanıma –“Bu seçkilərdə bizim səsimiz sizindir!”- deyərək uğurlar arzulayıblar. Görüşün sonunda qonşu kəndlərdən Aqiyə xanımla təkrar görüşə gələn seçicilər ona bir daha xeyir-dua verərək daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildiriblər.

Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :Seçicilərdən Aqiyə Naxçıvanlıya :
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi