Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş rəis vəzifəsindən azad edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş rəis vəzifəsindən azad edilib 

Bunu xidmətin rəisi Arzu Rəhimov bu gün keçirilən müşavirədə elan edib.

Faktinfo.az xəbər verir ki, əsasən  Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

A. Rəhimov deyib ki, vətəndaşların qə¬bulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi zəruridir. Vurğulayıb ki, hər bir hərbi qulluqçu, mülki  əməkdaş vətəndaşların problemlərinə qayğı ilə yanaşmalı, öz davranışı, işi, mədəniyyəti ilə nümunə göstərməlidir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi