Şəhid anası Azərbaycan prezidentinə müracət etdi:"Oğlum haqqında nazir Məcnun Məmmədov cənabına yalan danışılıb"

Şəhid anası Azərbaycan prezidentinə müracət etdi:"Oğlum haqqında nazir Məcnun Məmmədov cənabına yalan danışılıb" 

Tovuz rayonu,Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən Azərbaycan Respublikasının prezidenti,Ali Baş Komandan İlham Əliyev cənabına müraciət ünvanlanıb.

Faktinfo.az saytına göndərilən müraciətdə deyilir:

Hörmətli cənab prezident!

Bir Şəhid və Qarabağ veteranı anası olaraq komandanlığınız altında mənfur ermənilər üzərində qazandığımız qələbə münasibətilə Sizi təbrik edirəm.Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasət kursunun,tərəfinizdən sistemli şəkildə davam etdirilməsi nəticəsini verdi.Artıq Azərbaycan Sizin rəhbərliyiniz altında Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi yolunda inamla irəliləyir,yüksək nəticələr əldə edir.Ümidvaram ki, ölkə daxilində bəzi məmurlara qarşı münasibətdə də bir sıra problemlər tezliklə öz həllini tapacaqdır.

Cənab prezident!

Şəhid və Qarabağ veteranı anası kimi yazıb bildirirəm ki, oğlum Həsənov Naməddin Tofiq oğlu da məmur münasibətinin "qurbanı" olub.Onu işdən çıxartdılar və Naməddin yeni təyin olunmuş Kənd Təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olarkən bir faktın da üstü açıldı.Məlum oldu ki,Məcnun Məmmədovun ətrafı ona yalan danışa da bilirlər.

Belə ki,köhnə komandanın üzvləri - Aqrar Xidmətlər Agentliyinin sədr müavini,Şəhid ailələrini təhqir edən,vətən sevgisindən anlayışsız,Real TV-nin efirində tezyetişən sorta, "tez bara düşən sort" deyərək, öz savadsızlığını biruzə verən Cəfər Məhərrəmov və KTN-nin mətbuatdan,jurnalistikadan xəbərsiz,təşkilatlara himayədarlıq edən mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov  nazirə bildirib ki, guya dövlətin xidməti avtomobilini oğlum mənimsəyib və evimizdə saxlayırmış.Nazirliyin mətbuat xidmətinin rəhbəri ilk həmlədə nazirini belə "sınağa" çəkirsə,görünən odur ki, o,gələcəkdə rəhbərini daha çətin vəziyyətə qoya biləcək.Və yaxud ona bizim bilmədiyimiz nə kimi yalanlar danışıb bəlkədə.Bu ağ yalana və böhtana qarşı bildirirəm ki, avtomobilin təhvil-təslim olunması barədə oğlum dəfələrlə telefon və Votçap vasitəsilə (həmin Votşap yazışmaları sübut olaraq hələ də saxlanılır, tədim edə bilərik) müraciət etsə də, Baş idarədə buna qəsdən əhəmiyyət verməyiblər. 

Ona görə də oğlum rəsmi poçt vasitəsilə Aqrar Xidmətlər Agentliyinə müraciət edərək onların nümayəndələrinin iştirakı ilə avtomobilin təhvil-təslim olunmasını qəti şəkildə bildirib.Bu müraciətdən sonra AXA-nın iki nəfər əməkdaşının iştirakı ilə akt tərtib olunub,avtomobil işlək  vəziyyətdə təhvil-təslim olunmuşdur. Bununla bağlı bizə qarşı böhtan yağdıranların nəzərinə çatdırıram ki, həmin avtomobil dövlət əmlakıdır və qanunla qorunmalıdır. Eyni zamanda qeyd edim ki,beş il müddətində avtomobilə təmir xərcləri ayrılsa da,həmin vəsait aidiyyəti üzrə çatdırılmayıb,avtomobilin istismar xərcləri Cəfər Məhərrəmov və Rəşad Vahabzadə tərəfindən bəlkə də mənimsənilib.Avtomobili isə oğlum Naməddin Həsənov özümün təqaüdüm hesabına təmir etdirib.Avtomobilin ehtiyat hissələrinə çəkilən xərclər barədə qəbzləri oğlum baş idarəyə təqdim edib,amma həmin xərclər ödənilməyib.Bu məsələnin araşdırılması o qədər də çətin deyil, çünki ayrılmış vəsaitin hansı təyinat üzrə xərclənməsi sənədlərdə açıq-aşkar görünür.Yəni baş idarənin maliyyə hesabından avtomobilin təmiri üçün ayrılmış vəsaitin harada olduğunu Cəfər Məhərrəmov və ya Rəşad Vahabzadədən daha yaxşı bilən olmaz zənnimcə.

Elmi kəş edibmiş kimi davranan,Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları şöbəsinin müdiri,sabiq nazirin komandasından qalma  İlham Süleymanov isə bizə bildirir ki, oğlunuz hər şeyi sıfırdan başlamalıdır.Adam bilmir ki, oğlum alim-aqronomdur,peşəkardır və bu sahədə böyük təcrübə və bilik sahibidir. Sıfırdan isə Kənd Təsərrüfatı Nazirliyinə doldurulmuş politoloq,regionşünas,hüquqşünas,fizika,riyaziyyat, tarix,coğrafiya və əlifba müəllimləri,neftçilər və onların cavan-cavan katibələri başlamalıdır.Eləcə də sıfırdan oğlumun Aqrar Xidmətlər Agentliyində dərs keçdiyi savadsız kadrlar başlamalıdır.Mənim oğlumun sıfırdan başlamasına ehtiyac yoxdur,çünki onun bu sahədə bilmədiyi heç nə yoxdur. İlham Süleymanova isə məsləhətim odur ki, həmyerlisi Rəşad Vahabzadəyə vəkillik etməkdənsə,səhər-axşam nazir Məcnun Məmmədov cənabına yanlış məlumat verməkdənsə,vəzifəsini qanunun tələbləri səviyyəsində icra etsin,şəxsi maraqlardan çıxış etməkdən yayınsın.

Təəssüflər olsun ki, oğlumun dərs keçdiyi savadsızlar bu gün meydan sulayır, özbaşınalıq edirlər. Kənd Təsərrüfatı nazirliyinə yerləşdirilmiş savadsız kadrlar və qeyri ixtisas sahibləri Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində pul və rüşvət üstündə təpik-yumruq davasına çıxırlar, çünki bunlar aqrar sahənin mütəxəssisləri deyillər və məqsədləri rüşvət yığmaq, kənd təsərrüfatını məhv etməkdən ibarətdir.

Hörmətli Cənab Prezident!

İki il ərzində etdiyim minlərlə müraciətlərimə cavab verilir ki,oğlunuzun əmək müqaviləsinin müddəti başa çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Mən isə bütün müraciətlərimdə qeyd edirəm ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9 bəndinə əsasən oğlumun əmək müqaviləsinə xitam verilə bilməz, cünki o Şəhid və Qarabağ veteranı qardaşıdır. Dəfələrlə qeyd etmişəm ki, Ulu Öndərimiz Heydər Əliyevin sədrliyi ilə qəbul edilmiş konstitusiyamızda qeyd olunur ki, Nazirlər Kabinetinin qərarları dərc olunduğu andan qüvvəyə minir və icrası məcburidir.

Dəfələrlə qeyd etdiyim kimi oğlumun əmək müqaviləsinə xitam verilməsinin əsas səbəbi Rəşad Vahabzadənin tələb etdiyi 25000 manat rüşvəti verə bilməməyimizdir və həmin təşkilatda yeganə Şəhid və Qarabağ veteranı qardaşı oğlum idi, onu da işdən azad etdilər.

Möhtərəm cənab prezident!

Ona görə də, Sizdən xahiş edirəm ki,Nazirlər Kabinetinin qərarının  icra olunması üçün  tapşırıq verəsiniz.Eləcə də, qarşıdakı illərdə aqrar sektorun inkişafına nail olunması,bu mənada təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyində kimlərin işlədiyinin araşdırılmasına göstəriş verməyinizi də, sizdən Şəhid və Qarabağ veteranı anası kimi xahiş edirəm.


             

                                                      

                                                      



Şəhid anası Azərbaycan prezidentinə müracət etdi:"Oğlum haqqında nazir Məcnun Məmmədov cənabına yalan danışılıb"
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər