Şəmkirdə bir ailənin 5 üzvünün öldüyü qəzanın - Təfərrüatı
Dekabrın 1-də Şəmkir rayonunda "Mitsubişi Pajero" və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
Report.az-ın xəbərinə görə, 1-i azyaşlı olmaqla 5 nəfərin öldüyü qəza ilə bağlı araşdırmalar davam etdirilir.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, "Mitsubişi" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Abdıyev Tural Aydın oğlu toydan çıxaraq taksi ilə evinə gedib. O, evə çatdıqdan sonra özünə məxsus avtomobilə əyləşərək siqaret almaq üçün marketə yollanıb. Sərxoş vəziyyətdə olan T.Abdıyev idarəetməni itirərək VAZ-21011 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-21011 markalı avtomobildə olan sürücü və onun ailə üzvləri ölüb.
Qəzanı törədən sürücü barəsində isə cinayət işi başlanılıb və o, həbs edilib.
Məlumata görə, VAZ-21011 markalı avtomobildəki sürücü və ailəsi, eləcə də qəza törədən sərxoş sürücü eyni toy məclisində olublar. VAZ-21011 markalı avtomobilin sürücüsü sərxoş sürücünün yeznəsinin qardaşı, ölənlərdən biri isə elə öz yeznəsidir.
Maraqlısı odur ki, bu qəzanın səbəbkarı olan sürücü sərxoş vəziyyətdə evdən çıxarkən ailə üzvləri tərəfindən ona “dur” deyən olmayıb. Bu cür hallarda sürücünün yaxınları ona sərxoş olduğunu bildirməli və avtomobili idarə etməkdən yayındırmalıdırlar. Sürücü buna məhəl qoymazsa, dərhal polisə məlumat vermək lazımdır. Qoy polis onu saxlayıb 400-500 manat cərimə etsin, amma yol qəzası törədib kiminsə ailəsinə faciə yaşatmasın. Bizdə bəzən polisə məlumat verən şəxslərin hərəkəti normal qəbul olunmur”.
Bu xəbər üçün şərh yazın