Şəmkirdə sahibkarın 1 hektarının pulu mənimsənildi – BAŞI MƏCLİSLƏRƏ QARŞINA BAŞÇI ZƏNGLƏRƏ CAVAB VERMİR

Şəmkirdə sahibkarın 1 hektarının pulu mənimsənildi – BAŞI MƏCLİSLƏRƏ QARŞINA BAŞÇI ZƏNGLƏRƏ CAVAB VERMİR 

Şəmkir rayon sakini Mübariz Seyidov şəxsi mülkü olan istixananın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Şəmkir rayon İcra Hakimiyyətinın birliyi nəticəsində dağıdıldığını deyir.

O, Hurriyyet.org-a müraciət edərək, ərazinin 1 hektar 36 sot olmasına baxmayaraq, ona yalnız  307000 azn, yəni 25 sotun ödənişi edilib. O  1 hektar ərazinin kompensasiyasının Şəmkir rayon Hakimiyyətinin başçısının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  arasında bölündüyünü deyib:

“Mənim şəxsi mülküm olan istixana Şəmkirdə Dəllər Cəyir kəndində yerləşir.  Ümumi ərazisi 1 hektar 36 sotdur. Həmin istixanada  mənim ailəm də daxil olmaqla, ümumilikdə 17 ailə dolanırdı. Ərazi ipəkyoluna düşdüyünə görə, sökülməsinə qərar verilib.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Şəmkir rayon İcra Hakimiyyəti əlbir olub mənim şəxsi mülkümü darmadağın ediblər. Mənə yalnız 25 sotun pulu olan 307000 azn ödənilib. Qalan 1 hektarın  pulunu isə mənimsəyiblər. Digər tərəfdən, məhsullar yığılmamış Şəmkir rayon icra başçısının göstərişi ilə qanunsuz olaraq mənə məxsus olan ərazini tam dağıdıblar”.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin maliyyə şöbəsiylə əlaqə saxladıq. Dövlət Agentliyindən bildirilib ki, vətəndaş qərarla razılaşmırsa, məhkəməyə verə bilər:

“Mübariz Seyidov, bir çox yerlərə şikayət ünvanlayıb. Ona dəfələrlə əsaslı cavablar verilib. Sadecə sahibkar verilən qərarla razılaşmaq istəmir. Əgər razılaşmırsa, məhkəməyə versin. Digər tərəfdən qiymətləndirməni biz aparmırıq. Müstəqil qiymətləndirici var. Vətəndaşların pul banka köçürülür və bankdan götürürlər. Əvvəlcədən vətəndaşın razılığı alınır və konpensasiyası da ödənir”.

Şəmkir rayon İcra Hakimiyyətiylə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, inzibati binadan zəngimizə cavab verən tapılmadı. Yəgin ki, rayon icra başçısı Alimpaşa Məmmədovun başı pandemiya vaxtı yeyib-içmək məclislərinə qarışıb.

 

REDAKSİYADAN: Mövzunu davam etdirəcəyik.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər