Separatçıların keçmiş “liderləri” Bakıya gətirilir – KİV
Qarabağ separatçılarının keçmiş “lider”lərinin Bakıya gətirildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azfront” teleqram kanalı məlumat yayıb.
“Qarabağın erməni separatçılarının keçmiş “prezident”ləri (1997-2007) Arkadi Qukasyan, Bako Saakyan (2007-2020) və Qarabağın millətçi “Daşnaksütyun” partiyasının lideri, “parlamentin keçmiş sədri” David İşxanyan Bakıya aparılır”, - kanal Şuşadakı mənbəyə istinadən yazıb.
Rəsmi təsdiqlənmiş məlumatlara görə, sentyabrın 27-dən keçmiş “hökumət başçısı” (“dövlət naziri”) Ruben Vardanyan, keçmiş “xarici işlər naziri” David Babayan və “müdafiə qüvvələri”nin keçmiş “komandiri” Levon Mnatsakanyan Bakıya gətirilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın