Sərt karantin əvəzinə marşrutları nizamlayın! – Həkim

Sərt karantin əvəzinə marşrutları nizamlayın! – Həkim 

Bayram ərəfəsində sərt qapanmaya getmək insanların immun sisteminə mənfi təsir edəcək.

Faktinfo.az xəbər verir ki,bunu Axar.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, karantin qaydalarının sərtləşdirilməsinin tərəfdarı deyil:

“Düzdür, son günlər yoluxma sayında artım müşahidə edilir. Buna baxmayaraq sərt qapanmaya gedilməsi məqsədəuyğun olmaz. Çünki bayram günlərdə vətəndaşlar gəzməyə, istirahətə daha çox önəm verirlər. Bu isə onların immun sisteminə müsbət təsir edir. Onsuz da bir il ərzində pandemiyaya görə tətbiq edilən karantin qaydaları insanların sağlamlığına və psixologiyasına mənfi təsir edib. Yenidən sərt qapanmaya gedilməsi sinir və immun sisteminə ciddi zərər vurar. Vətəndaşların bölgələrə gediş-gəlişinə qadağa qoyulmasının, SMS-icazə sisteminin tətbiq edilməsinin tərəfdarı deyiləm. Bütün bunların yerinə ictimai nəqliyyatın tənzimlənməsinə ehtiyac var. Çünki ən problemli məsələ pandemiya dövründə qeydə alınan ictimai nəqliyyatdakı sıxlıqdır. Bu, virusun daha çox yayılmasına şərait yaradır”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi