Şirin Mirzəyev küçəsində yolda piyada zolağı işləri aparılmayıb – Sakinlər problemin həll edilməsini tələb edirlər
Bakı şəhəri, Nizami rayon, Şirin Mirzəyev küçəsində piyadaların yolu keçməsində problem yaşanır.
Faktinfo.az saytı xəbər verir ki, Şirin Mirzəyev küçəsi 72-də “İnci” şadlıq sarayının yanı və həmin küçənin “Əmrahbank”la üz-bəüz hissəsində piyadaların yolu keçməsi üçün yolun işarələnməsi həyata keçirilməyib, bu səbəbdən də avtonəqliyyat sahibləri piyadalara yol vermir.
Sayta ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, 3 ay əvvəl yeni salınan asfalt örtükdən sonra avtonəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların təhlükəsiz hərəkət etməsi məqsədilə yola piyada zolağının işlənilməsi həyata keçirilməyib. Yolun asfaltlanmasından isə artıq 4 aydan da artıq vaxt keçib .
Sakinlər avtonəqliyyat vasitələrini idarə edənlərin sürət həddini aşdıqlarından gileylənir,yola sürət həddini müəyyən edən işarənin qoyulmasını,həmçinin gecələr üçün Ş.Mirzəyev küçəsində olan işıqlandırmanın da işlək vəziyyətə salınmasını istəyirlər. Şikayətçilər, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin rəhbərlərindən qısa zamanda mövcud problemin aradan qaldırmalarını istəyirlər.
Bu xəbər üçün şərh yazın