ŞOK İNTİHAR: Tanınmış polis polkovnikinin oğlu özünü öldürdü - YENİLƏNİB
Bakının Nərimanov rayonunda özünü yaşadığı binadan atıb öldürən şəxsin kimliyi məlum olub.
Bakupost.az-ın məlumatına görə, Orxan Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayevin oğludur.
Bildirilir ki, O.Ağayev idmanla məşğul imiş. O, cüdo üzrə Azərbaycan çempionu olub.
**
15:33
Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
1991-ci il təvəllüdlü Orxan Ağayev özünü yaşadığı evin pəncərəsindən atıb.
Özünü 5-ci mərtəbədən atan O. Ağayev hadisə yerində ölüb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa.az
****
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovnik Əlaslan Ağayevin oğlu bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Report.az-ın məlumatına görə , Ə.Ağayevin oğlu 1991-ci il təvəllüdlü Orxan Ağayev Nərimanov rayonunda yaşadığı evin pəncərəsindən düşərək faciəli şəkildə ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bu xəbər üçün şərh yazın