Sudanda çevriliş edən Auf da istefa verdi

Sudanda çevriliş edən Auf da istefa verdi 

Sudanda siyasi gərginlik davam edir.

 RİA Novosti xəbər verir ki, dünən hərbi çevriliş edərək prezident Ömər əl-Bəşiri devirən müdafiə naziri Avad ibn Auf da hakimiyyətdən əl çəkib.

Auf və müavini Kamal Abd əl-Maaruf hakimiyyəti ələ alan Hərbi Şuranın rəhbərliyindən istefa verib. O, istefanın səbəbini etimadsızlıqla əlaqələndirib.

Aufun yerinə Baş Qərargah rəisi Əbdülfəttah əl-Burxan gəlib./Qafqazinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi