Təbiət Elmləri Gimnaziyası haqqında ilginc iddia -

Təbiət Elmləri Gimnaziyası haqqında ilginc iddia - "Bu ili yola verim,qələt edərəm gələn ildən valideyn komitəsi..."

Sumqayıt şəhər Təbiət Elmləri Gimnaziyasından Moderator.az-a şikayət məktubu daxil olub. Məktub müəllifləri iddialarının sübutu kimi bir neçə səs yazısı da göndəriblər:

"Sumqayıt şəhər TET Gimnaziyasının (Təbiət Elmləri Gimnaziya) direktoru Nizami Əhmədovun qanunsuz pulyığıma əməliyyatı bitmək bilmir.
Direktor il boyu fondpulu adı ilə  valideynlərdən pul yığır,bu yardımı valideynlərin  özləri verirlər kimi qələmə verir. Hətta onlara guya könüllü verirmişlər kimi ərizə də  yazdırırlar. 

Hətta,vəziyyət elə qurulub ki, direktorun istədiyi məbləği verməyənlər rəhbərliyin dırnaqarası qara siyahısına düşür. Qara siyahıya düşmüş şagirdlər yaxşı oxuyub, əlaçı olsalar belə direktor və müəllimlər tərəfindən sıxma-boğmaya salınır. Onların hüquqları pozulur, qiymətləri qəsdən aşağı salınır. Şagirdlərə müəllimlər tərəfindən zorakılıq da edilir.

Valideynlərin çoxu “ağrımaz başım deyib” pul göndərirlər, istəmirlər ki, uşaqları incidilsin, o səbəbdən də qulcasına valideyn komitələrinin yığdıöı pula görə  susurlar. Bəzi valdeyinlər  isə etiraz əlaməti olaraq pul vermirlər. Onda da onların uşaqları müəllimlər tərəfindən sıxışdırılır. Bir sözlə,məktəblilərin  hamısı gərgin və qorxu şəraitində məktəbə gedirlər. Direktor məktəbdə qestapo rejimi yaradıb. 

Sayta göndərilən  səs yazısı Təhsil Nazirliyinin xüsusi nəzarətində olan Gimnaziyanın X sinifinin valideyn komitəsi tərəfindən Vatsapda valideynlərə söylənib. 1 aydan çoxdur ki, valideynlərə çağırış edən valideyn komitəsi, yalvarır ki,"haqqı" verməyənlər tezliklə pul versin. Yoxsa, direktor Nizami Əhmədovun siyahısına düşəcək".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi