"TƏBİƏTDƏN İSTİFADƏYƏ GÖRƏ" ÖDƏMƏSƏN, SU KƏSİLƏCƏK- Belə hallara görə qiymətlər...
Son günlər ölkəmizdə qiymət artımı mövzusu müzakirə edilməkdədir.
Bunu dünyada ümumi bahalaşma ilə bağlayanlar da var, daxili amillə əlaqələndirənlər də.Zənnimizcə, dünyada baş alıb gedən bahalaşmadan əlavə,suni qiymət artımına qarşı mübarizə tədbirlərinin istənilən səviyyədə aparılmaması,sahibkarların yersiz narahat edən orqanların da qiymət artımında "payı" var.Çünki sahibkarlardan əsassız tələb olunan vəsaitlər, qanunlardakı boşluqlardan irəli gələn "tələblər" istehsal olunan məhsulun maya dəyərinə təsir etməklə qiymət artımına səbəb olur.Çünkü sahibkarların da maya dəyəri baha başa gələn məhsul istehsal edib,dövrüyyələrini azaltmaq fikrində olmaları ağlabatan deyil.Deməli hər şey, əksər hallarda məcburiyyətdən qaynaqlanır.
Məsələn, 2021-ci ildə Faktinfo.az saytına "Orxan SS"-İFK istehsal müəssisəsindən ilk dəfə rastlaşdığımız, maraq doğuran şikayət daxil olmuşdur. "Azərsu" ASC-nin Xətai rayon şöbəsinin əməkdaşları şirkətin rəhbərliyini "Təbiətdən istifadəyə görə" pul ödəmədiyi təqdirdə, müəssisəyə verilən suyun kəsiləcəyi ilə bağlı xəbərdar etmişdi, tərəflər arasında narazılıq yaranmışdı. Sahibkar da mövzunun o zaman ictimailəşməsi qərarına gəlmişdi.
Sual olunar, nə səbəbə "təbiətdən istifadəyə görə" vəsait tələb olunur? Sən demə, yay aylarında yağış, qış aylarında isə qar sularına görə sahibkarlar yerləşdikləri ərazidə, göydən yerə düşən və kanalizasiyaya axan su və qar ərintisinə görə aylıq pul verməlidirlər. Adama sual verərlər, yayda Bakı şəhərinə hər ay yağış yağır. Yağsa belə, 40 dərəcə istidə yağış suyu kanalizasiya xəttində hansı yükləməyə səbəb olur ki, hələ bir sahibkar vəsait də ödəməlidir. Və yaxud 10 ildə bir dəfə yağan qara görə, sahibkarlar niyə qış aylarında "Təbiətdən istifadəyə görə" "qar pulu" verməlidir. Yəni, həqiqətənmi düşünürük qanunda boşluqlar yoxdu və ya sahibkarların yersiz yerdən belə hallara görə narahat edilməsi utancverici deyil? Belə hallarda necə qiymət artımı baş verməsin və bunun da əziyyətini kasıb zümrə çəkməsin? Göydən yerə yağış düşməmiş və yaxud qar yağdı-yağmadı qış ayıdır, düşünüb, sahibkar(lar)ın üstünə qaçılmalıdır ki?
Sahibkarlar onsuz da vergi dərəcələrinin aşağı salınmasını, DSMF ödəmələrinin son illərdə yüksəldiyini dilə gətiriblər, bir zamanlar onlardan alınan rüşvətin artıq "rəsmiləşdirilməsini" və s.onlarla digər hallara görə müxtəlif vaxtlarda narazılıqlarını ifadə ediblər. Belə görünür, onların əsəbləri hələ ki, qaydasındadır, yoxsa çoxdan qoyub qaçmışdılar istehsal müəssisələrini. Və qiymətlər də məhsul qıtlığına görə, indiki şərtlərdən qat-qat baha idi. Sağ olsunlar ki, onları narahat edən onlarla "papkalılara" hələ ki dözürlər.
FAKTİNFO.AZ
Bu xəbər üçün şərh yazın