Təhsil müəssisələrində tətilin vaxtı aprelin 18-dək uzadıldı
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Faktinfo.az xəbər verir ki,Nazirlər Kabineti yanında operativ qərargahdan APA.az-a verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın