Türkiyə Müdafiə Nazirliyi 11 ayda 2 min 304 terrorçunu məhv edib
Türkiyə Müdafiə Nazirliyi son 11 ay ərzində terrorçulara qarşı keçirilən əməliyyatlarla bağlı açıqlama yayıb.
Faktinfo.az xəbər verir ki, nazirlik 11 ay ərzində 2 min 304 terrorçunun məhv edildiyini açıqlayıb.
“Daha əvvəl də dediyimiz kimi, YPG təşkilatı PKK-nın Suriya qanadıdır. PKK-ya qarşı əməliyyatlar zamanı ələ keçirdiyimiz silahlarla bağlı araşdırma apardıq. Bu araşdırmaları ABŞ başda olmaqla, İngiltərə, İspaniya və başqa ölkələrə göndərdik. Bəzi silahlar var idi ki, bunların ABŞ-ın YPG-yə verdiyi silahlar olduğunu düşünürük”, - nazirlik bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın