Türkiyədə dollar ucuzlaşır- Səbəb
Türkiyə Mərkəzi Bankı bank faizlərinin 24-dən 19,75-ə endirilməsinə qərar verib.
Mərkəzi Bankın pul siyasəti komissiyası açıqlayıb.
Yayılan açıqlamada prosesin davam etdiriləcəyi və inflyasiyanın minimuma endiriləcəyi qeyd olunub.
Qərardan dərhal sonra dolların türk lirəsinə nisbətdə eniş yaşadığı müşahidə olunub. İstanbul bazarlarında günə 5,7140 səviyyəsində başlayan dollar Mərkəzi Bankın qərarından sonra 5,65 səviyyəsinə enib./Avropa.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın