Ukrayna İranı rəsmən terrorçu dövlət kimi tanımağa hazırlaşır

Ukrayna İranı rəsmən terrorçu dövlət kimi tanımağa hazırlaşır 

Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.

APA.az TASS-a istinadən xəbər verir ki, bunu parlamentin deputatı Aleksey Qonçarenko “Telegram” kanalında yazıb.

Həmçinin qanun layihəsində İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması da yer alır.

Deputat tez bir zamanda parlamentdə layihənin müzakirə olunacağına ümid etdiyini bildirib: “Sözügedən sənəddə parlamentə təklif olunub ki, İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması və ona qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, həmçinin üçüncü ölkələrin hökumətlərinə müraciətlər etsin”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi