Ukrayna ordusu Luqansk vilayətində irəliləyib – Səfərbərliklə cəbhəyə yollanan ruslar əsir götürülüb

Ukrayna ordusu Luqansk vilayətində irəliləyib – Səfərbərliklə cəbhəyə yollanan ruslar əsir götürülüb 

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində bir sıra əraziləri azad edib, səfərbərliklə orduya qoşulan rus hərbçilərini əsir götürüb.

AzPolitika.info xəbər verir ki, bu barədə Ukraynanın Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzinin məlumatında deyilir.

“Ukrayna ordusu öz doğma torpaqlarını işğalçılardan azad etməyə davam edir. Ukrayna Silahlı Qüvvələri Oskol çayının şərqində uğurlu hücum əməliyyatlarını davam etdirib və rusların Liman dəstəsini mühasirəyə alıb. Ukrayna ordusu Luqansk vilayətində bir sıra əraziləri işğaldan azada etməyə başlayıb. Müdafiə qüvvələri Dneprdən keçən keçidləri atəşə tutaraq, Xerson vilayətində düşməni darmadağın etməyə müvəffəq olub. Səfərbərliklə orduya qoşulan rus hərbçilərin bir qismi artıq Ukrayna tərəfə əsir düşüb. Görünür, Rusiya komandanlığı səfərbərliklə çağırdığı hazırlıqsız və yararsız hərbçiərini birbaşa döyüşə atıb”, - məlumatda bildirilir. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi