Ukraynanın bu ərazilərində partizan hərəkatı başlayır

Ukraynanın bu ərazilərində partizan hərəkatı başlayır 

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində partizan hərəkatı və müqavimət hərəkatı daha da güclənəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Ukraynanın müqavimətlə bağlı qanunu var, orada deyir ki, nə, harada, necə etmək lazımdır, kim rəhbərlik edir, bu məsələləri kim əlaqələndirir. Müvafiq olaraq, uğur var: biz həqiqətən necə təşkilatlanacağımızı, necə dəstəkləyəcəyimizi, bütün səylərimizi necə əlaqələndirəcəyimizi başa düşürük, buna görə partizan hərəkatı mövcuddur və daha da güclənəcəkdir. Biz Krımda, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində olan ərazilərində güclü hərəkat görürük”, - Skibitski qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi