Valideyn Azərbaycan Dillər Universitetindən ölkə rəhbərliyinə şikayət etdi

Valideyn Azərbaycan Dillər Universitetindən ölkə rəhbərliyinə şikayət etdi 

Bakı şəhər sakini Şahin Məmmədov övladının ali məktəbdə yaşadığı problemlə bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Yeni Sabah.az xəbər verir ki, media vasitəsi ilə edilən müraciətdə o bildirib ki, övladı ingilis dili müəllimliyi ixtisası üzrə  2019-cu ildə Azərbaycan Dillər Universitetinin məzunu olub. 4 illik təhsil dönəmində dərslərə məsuliyyətlə yanaşıb ,semestr imtahanlarından da yüksək qiymətlər alıb və diplom işini də əla qiymətlə müdafiə edib.

“Bir valideyin olaraq belə olan halda niyə fərqlənmə diplomu ala bilmədiyi ilə maraqlandım. Onun izahatından belə məlum oldu ki,2 fəndən-qrammatika və informatika fənlərindən aşagı kurslarda alınmış “B” lərin “A” olması məqsədilə həmin fənlərdən təkrar imtahan verilməlidir. Bu məqsədlə Universitetə müraciət olundu.                                                          

Qəbul olunmuş qaydalara əsasən informatika fənninin əlavə tədrisi ücün 88 manat, qrammatika ücün isə 110 manat vəsait müfafiq qaydada Universitetin kassasına ödəndi. Lakin qrammatika fənni üzrə nəzərdə tutulmuş imtahanda tələbənin adı siyahıda nəzərə alınmadığından imtahanlarda  iştirak etmək mümkün olmamışdır.

Həmin vaxtda tələbə eyni zamanda magistratura imtahanlarını da  verdiyindən həm qrammatika, həm də informatika üzrə imtahanlardan da ən yüksək qiymətlərin alınması onun ücün cətin deyildi. Lakin  Universitetdən bildirdilər ki, aid qruppa olmadığından tələbənin adı siyahıda nəzərə alınmamışdır. Əgər bizə qarşı belə bir qayda tətbiq olunacaqdısa niyə tələbədən 200 manat vəsaitin ödənməsi tələb olunurdu.Tələbə hələ də bu ədalətsiz hərəkətin psixoloji sarsıntısını unuda bilmir.

İmtahanlara hazırlaşmış  tələbənin belə bir imkandan məhrum olunmasını mən ədalətsiz hesab etdiyimdən bu barədə cənab rektora müraciət etdim. Rektor müraciətimi prorektora, prorektor isə dekana ünvanlayaraq araşdırma aparıldı. Müraciətimlə əlaqədar mən Universitetə də dəvət olundum. Prorektor Vüqar müəllim mənə bildirdi ki, bu imtahanların təkrar verilməsi ücün əvvəlki ildə müraciət edilməli idi. Eyni zamanda onu da bildirdi ki, bizim tərəfimizdən də araşdırma aparılacaq və gunahkarlar cəzalandırılacaq. Bir necə gündən sonra müraciətlə əlaqədar fakültə dekanı Fikrət müəllim tərəfindən mənə zəng olundu. Fikrət müəllim mənimlə bu məsələ barədə fikir mübadiləsi apararaq müraciətin onun tərəfindən araşdırılacağını bildirdi. Lakin araşdırmaların nəticəsi barədə mənə məlumat verilmədi. Təkrar müraciət edəndə isə vaxtı olmadığından muavininə müraciət etməyi tövsiyyə etdi.

Bu səbəblərı nəzərə alaraq mən Təhsil naziri cənab Ceyhun Bayramova müraciət etdim. Nazirlikdən də cavab gəlmədi.

Belə oldugundan Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət etdim.

Müraciətimdən 2 aya yaxın  vaxt kecməsinə baxmayaraq mənə hələ də cavab verilməmişdir. Bu insan haqlarına, həm də Prezidentə qarşı da hörmətsizlikdir. 

Belə ki,Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində vətəndaşların ərizə və şikayətləri üzrə karguzarlığın aparılması Qaydaları haqqında Qanun bu Universitet tərəfindən tanınmır. Belə olsaydı mənim müraciətlərimə cavab verilməli idi. Son bir ildə etdiyim yazılı və sosial şəbəkə vasitəsilə etdiyim müraciətlər, vəsaitlərin ödənməsi barədə qəbzlər, mobil operatorlar üzərindən aparılan danışıqlar və sairə materiallar artıq məhkəmə predmetinə cevrilməkdədir. 

Hörmətli Mehriban xanım!

Sizə müraciət etməklə xahiş edirəm ki, Dillər Universiteti tərəfindən məktubda qaldırılan məsələ ilə əlaqədar müvafiq tədbirlər görülməsi və bu  barədə mənə məlumat verilməsi ücün aidiyyatı üzrə  göstəriş verəsiniz”. 

Bakı ş. Fətəli Xan Xoyski prospekti 83, mənzil 41 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi