Vəziyyət ciddidir : Əhməd Əhmədzadə ikinci dəfə xəbərdarlıq etdi
Artıq 4 kiloqram soğanın 1 manat, eləcə də, pomidor,kök, çuğundur, kələm və digər onlarla kənd təsərrüfatı mallarının ucuz qiymətə olduğu günlər arxada qalıb. Son illərlə müqayisədə indi kənd təsərrüfatı mallarının qiyməti od tutub yanır.
Hətta son bir ildə ölkəyə idxal olunan kənd təsərrüfatı mallarının gömrük rüsumundan azad edilməsi kartof,soğan və digər onlarla kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşmasına səbəb olmayıb. Hazırda 1 kiloqram kartof 1.30-1.50 AZN soğan,kələm, kök,pazı və digər məhsulların da kartof qədər baha olması,əhali tərəfindən narazılıq doğurursa,hardasa məhsul bolluğundan danışmaq yersizdi.Belə vəziyyət həm də indiki şəraitdə ölkə iqtisadiyyatı üçün məqbul sayılan milyonların Azərbaycandan çıxarılması deməkdir.
Elə bu və ya digər əmsallara görə, indiyə kimi bir o qədər əhəmiyyət verilməyən bu məsələyə Nazirlər Kabinetində ciddi yanaşılır,kənd təsərrüfatı mallarına olan ehtiyac zəruri məsələ kimi düşünülür.Çünki son aylara qədər neftin qiyməti ucuz olub və kənd təsərrüfatı məhsulları da idxaldan indiki kimi aslı olmamışdı.
Artıq vəziyyətin Prezident İlham Əliyev tərəfindən ciddi nəzarətə götürülməsi Kənd Təsərrüfatı naziri İnam Kərimovla bərabər, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin də narahatlığına səbəb olub.Bir müddət əvvəl Prezident İlham Əliyevin suvarma suyu itkisindən danışması,bu istiqamətdə komissiya yaradılmasının vacibliyini vurğulaması hələlik yazmağı məqbul bilmədiyimiz bəzi ciddi mətləblərdən xəbər verir.
Faktinfo.az-ın əldə etdiyi məlumata görə,Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə artıq ehtiyatlı davranmağa başlayıb.O,bu məqsədlə martda olduğu kimi,aprel ayında da ASC-nin Rayon Suvarma Sistemləri,Subartezyan Quyularının İstismarı,Mexaniki Suvarma Sistemləri,Kanal İstismarı idarələrinin rəislərini,o cümlədən Su Anbarları və bir neçə Hidroqovşağın rəhbər şəxslərini ikinci dəfə xəbərdar edib.O, rabitəli şəkildə suvarma suyunun idarə olunması,su mənbələrinin kollegiyal qaydada qiymətləndirilməsi haqda tapşırıq verib, nəyin bahasına olursa-olsun fermerlərə,torpaq sahiblərinə əkilmiş bütün torpaqlara dair vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməsi göstərişini bildirib.Həmçinin,suvarılan torpaqların dəqiq rəsmiləşdirilməsi rəhbər şəxslərə tapşırılıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlara ezam olunan mütəxəsislərinin verdiyi məlumatlardan əlavə, telefon vasitəsilə aparılan danışıqlar zamanı bir çox idarə rəisləri ilə hədələyici tonda danışan Əhməd Əhmədzadə səhvə yol verən şəxslərin ciddi cəzalandırılacağını da bəri başdan bəyan edib.
Göründüyü kimi, vəziyyət gərgindir. Elə bu səbəbdən də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə işini ehtiyyatlı tutur, "Su olmadı,məhsul bitmədi" deyiminin səsləndirilməsini və bu səbəblərə görə cəzalanmaq, illərdən bəri ona göstərilən etimadı itirmək istəmir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın