Vüqar Səfərli ilə Fəzail Ağamalı arasında qalmaqal: “Məsuliyyətsiz...”
“Fəzail Ağamalının belə məsuliyyətsiz açıqlaması uzun illər fəaliyyət göstərən, fondla əməkdaşlıq edən tanınmış qəzetlərə və onların kollektivinə qarşı hörmətsizlikdir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Trend.az-a açıqqlamassında deyib.
O, bildirib ki, fondun maliyyə yardımı ayırdığı qəzetlərin böyük əksəriyyəti 20 ildən çoxdur ki, fəaliyyət göstərən, ictimaiyyətin tanıdığı, oxucu auditoriyası olan nəşrlərdir.
“Onu da bildirmək istərdim ki, maliyyə yardımı ayırılmış qəzetlər hər ayın yekununda fonda tiraj, yayım və dövriyyələri ilə bağlı hesabat verirlər. Eyni zamanda, ayrılmış maliyyə yardımı müqabilində “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası”nda əksini tapmış 19 prioritet istiqamət üzrə dərc edilmiş yazılar fonda təqdim edilir.
Həmin yazılarda dövlətimizin daxili və xarici siyasəti, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan mütərəqqi dəyişikliklər, ordu quruculuğu, dövlətin gənclər siyasəti, demokratik inkişaf, və Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dolğun əksini tapır.
Görünür, fondun maliyyə yardımları barədə əsassız fikir səsləndirənlərin ölkədə mətbu nəşrlərin fəaliyyəti barədə məlumatlıq dərəcəsi də çox aşağıdır. Hesab edirəm ki, konkret fakta, dəlilə əsaslanmayan bu cür qərəzli fikirlər dövlətimizin müasir internet əsrində çap mediasının ayaqda durması və inkişafı yönümündə yürütdüyü siyasəti gözdən salmaq məqsədi daşıyır.
Bu xəbər üçün şərh yazın