Xutorda kütləvi dava: ölən var - DİN məlumat yaydı
Daxili İşlər Nazirliyi yanvarın 5-də Bakı şəhər sakinləri Z.Əkbərov və Anar Tağıyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və A.Tağıyevin orada ölməsi barədə məlumat yayıb.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə hadisə barədə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla onların həmin gün saat 1 radələrində E.Babayev küçəsində (Xutor kimi tanınan ərazi) münaqişə zəminində bıçaqlanmaları müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri O.Binnətov və V.Babayev saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın