YAP-ın namizədi Aqiyə Naxçıvanlı Oğuzlu seçicilərlə izdihamlı görüş keçirdib
Fevralın 3-də günün ikinci yarısında Milli Məclis seçkilərinə 117 saylı Qğuz - Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlının Oğuzda seçicilərlə möhtəşəm görüşü keçirilib.
İzdihamlı keçən görüşdə rayon ağsaqqalları, şəhid ailəsi, Qarabağ veteranları, rayonun hörmətli ziyalıları, həmçinin gənc seçicilər iştirak ediblər.
Tədbiri YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq seçklərlə bağlı Yeni Azərbaycan Partiyasının platforması barədə və YAP namizədi Aqiyə Naxçıvanlının həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Həmçinin bundan əvvəlki deputatlığı dövründə gördüyü işlərdən danışıb.
Namizədin vəkili Emin Əzimli çıxışında Aqiyə Naxçıvanlının oğuzlular üçün xüsusi təqdimata ehtiyacı olmadığını bildirdi. Onun necə mətin, iradəli bir insan olmasından, Oğuz təhsilinə qayğısından söz açıb.Bütün oğuzluları Aqiyə xanımı dəstəkləməyə çağırıb.
Rayon Ağsaqqallar şurasının rəhbəri Cuma Cumayev Aqiyə xanımın ziyalı ailəsində doğulduğunu, hələ gənc ikən necə çalışqan, əzmkar biri olduğunu qeyd etdi. Onun Rayon Komsomol Komitəsinin birinci katibi işlədiyi vaxtlardan söz açdı. Çalışqanlığı o vaxtın rəhbər dairələrinin də nəzərindən qaçmadığını və onun Bakiya məsul vəzifəyə irəli çıkilməsindən danışdı. Fəxrlə qeyd etdi ki, o dövr üçün paytaxtdan kənar bir rayondan gənc bir qızın mühüm bir vəzifəyə aparılması çox böyük əhəmiyyətə malik idi.
Rayon ağsaqqalı Mirsahib Rəhimov Aqiyə xanımın mənsub olduğu ailə haqqında geniş söz açıb. O, qeyd edib ki,rayonda ilk dəfə əməkdar müəllim adına atası Həbib Naxçıvanski layiq görülüb. Mirsahib müəllim məktəb direktoru vəzifəsində çalışarkən Həbib müəllimin ona göstərdiyi köməkliyi də kövrələrək qeyd etməyi özünə borc bilib.Böyük fəxrlə Aqiyə xanımın gənclik illərindən danışıb. Valideynlərinin verdiyi tərbiyənin, damarlarında axan qanın təsiri, çalışqanlığı, əməksevərliyi nəticəsində Aqiyə xanımın Oğuzdan ilk qadının siyasi eləmlər doktoru, professor adına layiq görülməsinin rayon üçün qürurverici olduğunu söyləyib.
Çıxışçılardan Əməkdar jurnalist, tarix elmləri doktoru, professor Qafar Cəbiyev də hər zaman Oğuzda böyüyə, kiçiyə hörmət qoyulduğunu, dövlətə-dövlətçiliyə sadiqlik gördüyünü söyləyib. Bəşər tarixində çox kəşflərin olduğunu, lakin cəmiyyətin, insanların qanunlar tərəfindən idarə edilməsi kimi bir kəşfin olmadığını bildirdi. Aqiyə xanımla 10 il bir institutda işlədiyindən, onun çox gözəl idarəçilik qabiliyyətinə malik olduğundan,
insani keyfiyyətlərindən, pedaqoji fəaliyyətindən, neçə-neçə gəncin müəllim adına yiyələnməsinə sərf etdiyi əməyindən, onlara göstərdiyi qayğıdan danışdı. Arzu etdi ki, Aqiyə xanım kimi deputatlar çox olsun. O, oğuzluların seçimdə yanılmayacaqlarına, Aqiyə Naxçıvanlının təkrar deputat olacağına ümid etdiyini söylədi.
Seçicilər Əbülfət Əsgərov, Təranə Zəkəriyyəyeva və başqaları söz alaraq Azərbaycanda seçkilərin həmişə demokratik keçirildiyini, bu seçkinin də bir nümunə olacağına əmin olduqlarını və Oğuzda doğulub, boya başa çatan Aqiyə xanımın oğuzluların həm fəxri, həm də qürur mənbəyi olduğunu bildirdilər.
Oğuz Rayon Cümə məscidinin baş axundu Şövkət Cəlilov Aqiyə xanımı tanıdığı dövrdən bu yana milli mənəvi dəyərlərə yüksək önəm verdiyini söylədi. Onun müsəlman aləminin müqəddəs Ramazan və Qurban bayramlarında xeyriyyəçi kimi seçicilərinin yanında olduğundan danışıb. Çıxışını - “Peyğəmbərimiz buyurub ki, qiyamət günündə alimin qanı şəhidin qanından üstün olacaq”- fikirləri ilə bitirib.
Xocalı məktəbinin direktoru Aydın Əliyev xocalıların çətin zamanlarında Aqiyə xanımın onlara dəstək olduğunu və hər il respublikamızda keçirilən Xocalı ildönümü münasibəti ilə onların görüşlərinə gəldiyini, daim qayğı göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdıraraq – “ Biz Aqiyə xanıma səs verə bilməsək də, onu tək Oğuzun yox bizim də deputatımız bilirik” – deyə vurğulayıb.
Sonda isə deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuzda doğulub boya başa çatması ilə qürür duyduğunu, buğun oğuzlularla bir yerdə olmasından məmnunluğunu ifadə etdi. Seçicilər qarşısında hesabat xarakterli çıxış edən Aqiyə Naxçıvanlı Parlamentdə 9 illik fəaliyyəti müddətində qanunvericilik və seçicilərini təmsilçiliyi ilə bağlı gördüyü işlərdən danışdı. O, vurğuladı ki, doğulduğu bu torpaq onun üçün çox əziz, əhalisi doğmadır. Hər bir sakinin uğuru onun uğuru, problemi onun problemidir. Bu illər ərzində istər gənclərə, istərsə də yaşlı nəslə diqqət və qayğısını əsirgəməmək, onların istənilən problemlərinin həllinə biganə qalmamaq və səlahiyyəti çərçivəsində həllinə nail olmaq onun fəaliyyətinin əsas prinsipidir. Aqiyə xanım növbəti beş ildə də Oğuz-Qəbələ seçicilərinin inamını qazanacağı təqdirdə parlamentdə Vətənini, millətini, seçicilərini layiqincə təmsil edəcəyini vurğulayıb.
Aqiyə xanım onu da bildirdi ki, səs verərkən çalışın o səs ölkəmizin, partiyamızın, Oğuzumuzun gələcəyi naminə olsun!
Faktinfo.az
Bu xəbər üçün şərh yazın