Yol polisi bağça müdirəsini saxladı - VİDEO
Ölkədə son illər körpələr evi-uşaq baxçalarında aparılan islahatlara baxmayaraq hələki problemlər qalmaqda davam edir.
Məktəbəqədər uşaq müəssisələrinin icra strukturlarından alınıb Təhsil Nazirliyinin verilməsindən sonra da bu sahədə mövcud olan problemlər hələki azalmır.
Xalqxəbər.az-ın əldə etdiyi məlumata görə problemli baxçalardan biri də Yasamal rayonunda yerləşən 184 saylı bağçadır.
Məlumata görə Sevda Vəliyeva 184 saylı baxçanı şəxsi obyektinə çevirməklə adı olub özü olmayan işçilərin əmək haqqlarından hər ay xeyli miqdarda qazanc əldə edir. Bundan başqa hər ay baxçaya gələn uşaqların valideynlərindən 150-200 manat arasında pul alındığı bildirilir. Baxçaya qəbulun 400-500 maant arasında dəyişdiyi və bu işə nəzarətin birbaşa Sevda Vəliyevada olduğu qeyd edilir.
Bildirək ki, 184 saylı baxçanın müdiri Sevda Vəliyeva bir neçə il öncə qalmaqalı hadisə ilə ölkə gündəminə gəlmişdi. Həmin hadisədə Sevda Vəliyeva idarə etdiyi "HYUNDAİ" markalı avtomobillə yol polisinin "saxla" işarəsinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Yol polisləri xeyli təqibdən sonra süni tıxac yaradaraq bağça müdirinin idarə etdiyi avtomobili saxlada bilmişdilər.
/Xalqxəbər.az
Faktinfo.az-ın əməkdaşı yayımlanmış xəbəri verməmişdən əvvəl qarşı tərəfin mövqeyini öyrənmək üçün bağçaya zəng edib.Edilən zənglərimiz cavabsız qalıb.
Bu xəbər üçün şərh yazın