“YSK-nın QƏRARIDIRSA, QƏBULUMUZDUR…”

“YSK-nın QƏRARIDIRSA, QƏBULUMUZDUR…” – “Səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar”

“Təşkilatımızın İstanbulda seçki qutularına nəzarətində qüsarlar ola bilər”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən təyyarədə jurnalistlərə deyib. Prezident İstanbuldakı bələdiyyə seçkisində səsvermə zamanı saxtalkarlıqlara yol verildiyi iddialarının olduğunu bildirib. Bu məsələni sonuna qədər izləyəcəklərini vurğulayan Ərdoğan əlavə edib ki, şübhəli məqamlar saxtakarlıq olduğunu göstərir: “Əslində səmimi davranış olsa, bu, seçkinin ləğvinə aparar”.

Ərdoğan bildirib ki, namizədlər arasındakı 13-14 min səs fərqi onlardan çox səs toplayanın bələdiyyə sədrliyinə mane olmur: “Gəlin, şübhələri aradan qaldıraq, Ali Seçki Qurumu (YSK) qərarını verəndən sonra bu iş bitsin. Amma bunlar etirazı həzm edə bilmirlər. Niyə etiraz etməyək? İstanbul kimi şəhərdə namizədlər arasında başlanğıcda 30 min olan səs fərqi etirazlardan sonra 13 minə düşür. İndi bunun başını buraxaq? Etirazlar davam etməlidir ki, YSK da son qərarını versin. Hətta səs fərqi 1 nəfər olsun, YSK-nın qərarıdırsa, qəbulumuzdur”.

Türkiyə Prezidenti deyib ki, qeydə alınan qanunsuzluqlar seçkinin nəticəsinin ləğvinə əsas verir.

Qeyd edək ki, martın 31-də Türkiyədə bələdiyyə seçkisi keçirilib. İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyi uğrunda ən çox səsi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım toplayıb. YSK Əkrəm İmamoğlunun 26 səs fərqi ilə qalib gəldiyini açıqladıqdan sonra AKP seçkinin nəticələrinə etiraz edib və bir çox rayonda səslər yenidən sayılıb. Nəticədə səs fərqi 15 min nəfərə düşüb.

İstanbulda seçkinin nəticələrinin ləğv olunacağı bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi