Zahid Oruc: "Bir mənzilin bir neçə nəfərə satılması problemi həllini tapmayıb"

Zahid Oruc: "Bir mənzilin bir neçə nəfərə satılması problemi həllini tapmayıb" 

Azərbaycanda bir mənzilin bir neçə nəfərə satılması problemi sona qədər həllini tapmayıb.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, təmizlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.

 

"Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə nəfərə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5 250 nəfərdir. Hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 %-ə qədəri mülkiyyət hüquqları ilə bağlıdır.

Mənzil almaq istəyən vətəndaşı aldanmaqdan sığortalanmalı, daşınmaz əmlakın yalnız ona satıldığının hüquqi təminatı olmalıdır. Başqa ölkələrdə yoxlama üçün reyestr - sənədlərin və əmlakın qeydiyyat bazası mövcuddur", - deyə o qeyd edib./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər