Zelenski qərargahı topladı: 3 məsələyə baxıldı
Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanın qərargahının qış mövsümündə enerji infrastrukturunun mühafizəsi və infrastruktur obyektlərinin istismarına dair növbəti iclasını keçirib.
Axar.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Teleqram kanalında məlumat yayıb.
“Strateji istiqamətlər üzrə qoşunların komandanları cəbhədəki vəziyyətlə bağlı məlumat verdilər. Toplantıda üç əsas məsələyə baxıldı: Birincisi, ordumuzu texnika və silahla təmin etmək; ikincisi, enerji infrastrukturu obyektlərinin mühafizəsi; üçüncüsü isə qışda infrastruktur obyektlərinin işini keyfiyyətli təşkil etmək”, - Zelenski qeyd edib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın