Zirzəmilərdə bayram namazı – Avropanın utanc yeri
Yunanıstanın paytaxtı Afinada müsəlmanlar bayram namazını zirzəmilərdə qılmağa məcbur olublar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Anadolu” agentliyi yayıb. Buna əsas səbəb isə şəhərdə bir dənə də olsun məscidin olmamasıdır.
Agentliyə açıqlama verən şəhərin müsəlman sakinləri bildiriblər ki, Afina meri bu ilin aprelində məscid açılacağına söz versə də, buna əməl etməyib.
Paytaxtda məscid tikilişinə sağçı qrupların maneə yaratdığı vurğulanıb.
Qeyd edək ki, hazırda Afinada 200 min müsəlman yaşayır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın