Ziya Məmmədovun qardaşı hərbi şirkətləri texnoparkdan niyə sıxışdırır?

Ziya Məmmədovun qardaşı hərbi şirkətləri texnoparkdan niyə sıxışdırır? - AMEA YT Parkında sıxıntı

AMEA iki özəl şirkət texnoparkı tərk etməyə hazırlaşır

AMEA Yüksək Texnologiyalar Parkında (AMEA YT Parkı) rezident şirkətlərin fəaliyyətinə maneçilik yaradılır.

Faktinfo.az  MiQ.az-a istinadla xəbər verir ki, YT Parkın rəhbərliyi ötən gün şirkətlərə fəaliyyətlərini dayandırmalarını və qapıların plomblanacağı barədə xəbərdarlıq edib.

Məlumat verən şirkət əməkdaşları, YT Parkın rəhbərliyi tərəfindən onlara əraziyə buraxılmayacaqları və bu tapşırığın AMEA İşlər idarəsinin rəisi, eyni zamanda AMEA YT Parkının baş direktoru Elton Məmmədov tərəfindən verildiyini söyləyiblər.

Artıq iki şirkət AMEA YT Parkının rezidentliyindən imtina etmək barədə qərar qəbul edib. Yaxın günlərdə təhvil-təslim aktını imzalayaraq texnoparkın ərazisini tərk etməyi planlaşdırırlar.

AMEA YT Parkının direktor müavini Məmməd Bağırzadə "AzeriDefence”yə açıqlamasında bu addımın ləğv olunmuş Strateji Araşdırmalar Mərkəzi (SETM) ilə bağlı olduğunu deyib.

"SETM ilə bağlı araşdırmalar gedir və ona görə layihələr dayandırılıb. AMEA tərəfindən nəticələr barədə məlumat veriləcək”, – deyən YT Park rəsmisi digər sualları cavablandırmayıb.

Qeyd edək ki, hazırda AMEA YT Parkında 10 rezident şirkət fəaliyyət göstərir. Bunların da yarıdan çoxunu özəl sərmayəli və təsisçili şirkətlər təşkil edir. Müdafiə təyinatlı məhsullar istehsal edən bir neçə şirkət ötən dövrdə ordu və güc strukturları ilə müqavilələr imzalamağa nail olub. 2018-2019-cu illərdə AMEA-nın nəzdində yaradılmış SETM müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin fəaliyyətini koordinasiya edib.

İddialar var ki, özəl şirkətləri texnoparkdan sıxışdırmaqla, AMEA-nın bəzi institutları onların layihələrini ələ keçirmək istəyirlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi