Əliqulu Babaşovun əmlakı – 35 saylı Yol İstismar İdarəsi
Daha övladlarının ixtisası, idarə etməsi buna uyğun olub-olmaması fikirləşilmir.
Bu gün istənilən məmurun rəhbərlik etdiyi idarəyə öz şəxsi əmlakı kimi yanaşması sirr deyil. Faciə şəkli alan isə ondan ibarətdir ki, idarəyə ayrılan vəsaitin qismən deyil, sürətlə talanması baş verir. Və buradan da belə aydın olur ki, dünyanın sonudur, sanki bəzi məmurlar harasa tələsir. Vəzifə şirinliyi, kreslo aludəçiliyi onları ömürlərinin sonuna kimi tutduqları vəzifəni heç kimə verməməyə, kreslodan iki əlli yapışmağa sövq edir. Hətta, qocalıb təqaüdə çıxanda belə rəhbərlik etdikləri idarəni övladlarına təhvil vermək istəyirlər. Daha övladlarının ixtisası, idarə etməsi buna uyğun olub-olmaması fikirləşilmir. Təki gəlir, qazanc əldən çıxmasın. Dəhşətli olan odur ki, bəzən yuxarı nazirlik, komitə, ASC və s. səlahiyyət sahibləri tərəfindən buna şərait yaradılır.
Sabirabad 35 saylı Yol İstismar İdarəsində olduğu kimi. Sabirabad 35 saylı Yol İstismar İdarəsinə uzun müddət Məmmədqulu Babaşov rəhbərlik edib. Ehtimal boyükdür O, idarəni talayıb, idarədə çalışan insanların əməyini istismar edib. Qarşılığında külli miqdarda var-dövlət toplayıb. Təbii ki, cinayət xarakterli bu əməllərin üstünün açılma təhlükəsi, idarədən qazanılan pulların başqa ələ keçməməsi məqsədilə özü təqaüdə çıxanda yerinə oğlu Əliqulu Babaşovu təyin etdirə bilib. Buna da zamanında “Azeryolservis” ASC-dən yaşıl işıq yandırılıb. Daha fikirləşilməyib ki, Əliqulu Babaşovdan 10 dəfə təcrübəli və savadlı şəxslər ola-ola nədən Məmmədqulu Babaşovun oğlu Əliqulu Babaşova üstünlük verilir, onun 35 saylı Sabirabad Yİİ-nin rəisi təyin olunması təsdiqlənir. Təbii ki, hörmətli oxucu fikirləşər ki, Məmmədqulu Babaşovun çoxlu pulu olması bu məsələdə rol oynayıb. Bəli, bu olsa belə digər məsələ ondan ibarətdir ki, oğul Babaşov idarənin rəisi kimi fəaliyyəti dövründə atasının dövrünə təsadüf edən illərin mənimsəmə faktlarının üstünün açılmasına istənilən şəkildə maneə olacaq, digər tərəfdən, qurulmuş “dəzgahı” davam etdirəcək. Bu belə də olur.
Hazırda Sabirabad 35 saylı Yİİ-nə rəhbərlik edən Əliqulu Babaşov necə lazımdırsa, idarəni elə də idarə edir. Bizim “Əliqulu Babaşov nə edir?” sualımızla bağlı Faktinfo.az məlumat verən şəxs “Nə etmir ki?!” cavabını verdi. Adının açıqlanmasını istəməyən Sabirabad insanının fikirlərindən belə aydın oldu ki, rayonda şəhərdaxili, digər kəndlərə aparan magistral yollara baxış keçirilsə, yolların yenilənməsi və saxlanılması xərclərinin havaya sovrulduğu, mənimsənildiyi aşkarlanar. Yollara döşənən asfaltın nə qədər keyfiyyətsiz olmasına dair əsaslı fikir yaranar. Çünki, şəhərdaxili və bir çox yollarda asfalt çəkilişi zamanı istifadə olunan asfaltı Əliqulu Babaşov rayonun Qaratəpə kəndində yerləşən asfalt zavodundan təmin edib. Zavodda isə keyfiyyətli asfalt istehsal edilməyib. Kənddə ekoloji tarazlığın pozulması məsələsi ortada olduğu halda, heç olmasa 35 saylı Yİİ-nin tabeçiliyində olan asfalt zavodunda keyfiyyətli asfalt istehsal olunardı.
Bunu son iki ildə sözü gedən Yİİ gördüyü işlərə nəzər yetirməklə aşkarlamaq olar. Dağılan yolların ekspertizası aparılsa onda məlum olar ki, yollara əsaslı quruntun kateqoriyasına uyğun inşaat materiallarından olan but, ştif istifadə olunmayıb, katokla iş aparılmayıb. Asfalt standartlara uyğun bişirilməyib, tərkibində qum, çınqıl, bitum və digər komponentlər olmayıb. Nəticəsi də budur ki, Sabirabadda 35 saylı Yİİ tərəfindən salınan yollar iki-üç il sonra dağılıb. Yəni, simeta sənədlərində ayrılan vəsait həqiqətdə mənimsənilib, dövlətimizin ayırdığı vəsait havaya sovrulub. Kim bilir, Hesablama Palatası yoxlama aparsa, israfçılıq, xərclərin şişirdilməsi, istehsal olunan asfaltın maya dəyərinin baha-başa gəlməsinə dair əsaslı maliyyə pozuntuları aşkarlayar. Bəlkə də vergi və DSMF ödənilməli vəsaitlərdə yayınmalar aşkarlanar. Bütün bunlar fakt olaraq aşkarlanar, ekoloji tarazlığa vurduğu ziyana görə idarəyə cərimələr tətbiq olunar. İdarədə “realizə” olunan yanacaq barədə əsl həqiqətlər ortaya çıxar. Onda məlum olar ki, Əliqulu Babaşov idarəni necə özününküləşdirib, 35 saylı Yİİ ata və oğlun idarə etməsində Babaşovların hansı şəkildə əmlakı olub. Bakıda evlər, rayonda obyektlər, xarici maşınlar necə əldə olunub.
Yeri gəlmişkən, onu da bildirək ki, bir müddət əvvəl Sabirabad 35 saylı Yİİ-ə məxsus asfalt zavod ilə bağlı Qaratəpə kənd əhalisi narazılığını bildirib. Zavodun kənddən kənara çıxarılması barədə müxtəlif yerlərə şikayət etmişdilər.
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın