ABŞ-ın Gürcüstandakı səfirliyi bəyanat verdi
Dinc toplaşmaq və ifadə azadlığı hüququnu tam dəstəkləyirik.
Bu hüquqdan istifadə edən hər kəsi qanun və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq. Bütün tərəfləri ölkənin maraqlarına uyğun hərəkət etməyə çağırırıq. Bu barədə ABŞ səfirliyi və Aİ-nin Gürcüstandakı nümayəndəliyinin birgə bəyanatında deyilir.
ABŞ səfirliyi və Aİ-nin Gürcüstandakı nümayəndəliyi Gürcüstan cəmiyyətinin böyük bir hissəsinin parlamentin 2020-ci ildə parlament seçkilərini tam proporsional sistemə keçidi üçün zəruri olan konstitusiya dəyişikliklərini qəbul etmədiyi üçün dərin təəssüf hissini bildirir.
“Proporsional sistemə keçidin sürətlənməsi ilə bağlı yayda verilən qərar, siyasi konsensus və bütün tərəflərin səy göstərmələri ilə müşayiət olunan Gürcüstan demokratiyasının vacib bir addım kimi qiymətləndirildi. Ötən cümə axşamı bu prosesin qəfil dayandırılması, siyasi qüvvələr və vətəndaş cəmiyyəti arasında inamsızlığı və gərginliyi artırdı.
Vəziyyəti nəzərə alaraq hesab edirik ki, hər kəs üçün məqbul olacaq bir yol tapmaq üçün hökumət, bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında sakit və hörmətli bir dialoq yolu dərhal işə başlamalıdır.
Dinc toplaşmaq və ifadə azadlığı hüququnu tam dəstəkləyirik. Bu hüquqdan istifadə edən hər kəsi qanun və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq. Bütün tərəfləri ölkənin maraqlarına söykənən fəaliyyət göstərməyə çağırırıq "deyə bəyanatda ifadə olunur./Muxalifet.az
Bu xəbər üçün şərh yazın