ABŞ Türkiyənin əleyhinə 2 qərar qəbul etdi: "Erməni soyqırımı"nı tanıdı və sanksiyalara qərar verdi
ABŞ Nümayəndələr Palatası Türkiyənin əleyhinə 2 qətnamə qəbul edib.
Faktinfo.az ovqat.com-a istinadən xəbər verir ki, ilk qərar Suriyanın şimalında əməliyyatlar apardığı üçün Türkiyəyə sanksiyalar tətbiq olunmasını ehtiva edir.
Layihə, Nümayəndələr Palatasının Baş Assambleyasında böyük səs çoxluğu ilə qəbul olunub: 16 “Xeyr”ə qarşı 403 “Bəli”.
İkinci qətnamə isə erməni soyqırımı ilə bağlı olub. Konqresmenlər bu məsələni də səs çoxluğu ilə qəbul ediblər: 11 “Xeyr-ə 405 “Bəli”.
Türkiyə Xarici İşlər Nazirliyi bu qərarı ağır dillə tənqid edib. Xarici işlər Naziri Mövlud Çavuşoğlu bu qərarları "Barış pınarı” əməliyyatına verilən təpki kimi qiymətləndirib. Onun sözünə görə, Türkiyə əməliyyatla böyük bir oyunu pozub və bundan narazı qalanlar rəflərdəki köhnə layihələrə sarılıblar: “Bizdən bu yolla intiqam alacaqlarını güman edənlər yanılırlar. Tarixi siyasətə alət edənlərin bu utanc verici qərarı hökumətimizin və xalqımızın gözündə yox hökmündədir".
Qərarların qüvvəyə minməsi üçün onlar Senat və Prezident tərəfindən də təsdiqlənməlidir. Bu zamanadək müxtəlif vaxtlarda Nümayəndələr Palatasının qəbul etdiyi bənzər qətnamələrə son anda Prezident veto qoymuşdu. Budəfəki qətnaməyə Donald Trampın necə reaksiya verəcəyi isə hələ ki bilinmir. Böyük ehtimalla Tramp bu qərardan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edəcək.
Bu xəbər üçün şərh yazın