“Azərbaycan Dəmir Yolları” QSC-nin Hacıqabul 16 Saylı Yol Sahəsində metal əskikliyi yaranıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Hacıqabul 16 Saylı Yol Sahəsində metal əskikliyi yaranıb -“Ailə ansambılına” çeviribmiş idarə

“Azərbaycan Dəmir Yolları”QSC İnfrastruktur Departamentinin 3 saylı Ələt Yol Sahəsinə təyin olunan Fəzail Hüseynov Hacıqabul 16 saylı Yol Sahəsinin rəisi olduğu dövrdə idarəni “ailə ansambılına” çeviribmiş.

Hacıqabuldan Faktinfo.az-ı məlumatlandıran mənbənin bildirdiyinə görə,Fəzail Hüseynov qardaşının övladını,dost,tanış bir sözlə münasib bildiyi bir çox şəxsləri yol sahəsinə işə götürüb.Həmçinin bir az irəli gedərək qardaşları-Coşqun,Bahadır,Cabir Hüseynovları da işlə təmin edib,hətta Bahadır Hüseynovu sahə rəisi vəzifəsinə yerləşdirib.İdarə rəisinə arxayınçılıq o həddə çatıb ki,qohum-əqrəbanın işlədiyi Hacıqabul 16 Saylı Yol Sahəsində külli miqdarda metal əskikliyi də yaranıb.

Sayta verilən məlumata görə,Fəzail Hüseynovun 100(yüz),qardaşları-Cabir və Coşqun Hüseynovların iş apardıqları məntəqə üzrə ümumilikdə 50(əlli) tona yaxın metal əskikliyi aşkarlanıb.Köhnə rəhbərlikdən “miras”qalan bu və ya digər problemlər bir az əvvəl Hacıqabul 16 Saylı Yol Sahəsinə yeni təyin olunan rəisi çətin vəziyyətə salıb.

Faktinfo.az Fəzail Hüseynovdan məsələyə mövqe öyrənib.F.Hüseynov Hacıqabul 16 Saylı Yol Sahəsinin rəisi işlədiyi illərdə idarədə metal əskikliyinin  yarana bilməsini  normal qarşılayaraq bununla bərabər belə halların  görülən işlərin xüsusiyyətindən irəli gəldiyini də qeyd etdi. 

Onu da qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC İnfrastruktur Departamentinin 3 saylı Ələt Yol Sahəsinə təyin olunan Fəzail Hüseynov barəsində Faktinfo.az saytı bir müddət əvvəl “Sizi tərbiyə edəcəm”-“Cavid Qurbanov mənə etimad göstərib” başlıqlı məqalə yayımlayıb.

Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

https://www.faktinfo.az/news/sizi-terbiye-edecem-cavid-qurbanov-mene-etimad-gosterib

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi