"Azərbaycanın nüfuzu yüksəlmişdir"

"Azərbaycanın nüfuzu yüksəlmişdir" -YUSİF BABANLI

2020-ci il noyabrın 10-da üç dövlət başçıları tərəfindən imzalanan müqavilə “təslimçilik aktı” olaraq işğalçı ölkəni sülh danışıqlarının şərtlərini qəbul edib təsdiqləməyə məcbur etdi.

 Bağlanmış müqavilə xüsusi tarixi əhəmiyyətə malikdir. Müqavilənin müddəlarında Azərbaycanın ərazi bütövlüyünün tam bərpası öz əksini tapmışdır.  Həmçinin, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Qarabağa heç bir status verilməyəcəyi və Türkiyə sülhməramlılarının regiondakı proseslərdə iştirakı müəyyənləşdi. Əlbəttə, Azərbaycanın bu tarixi qələbəsi işğalçı dövləti tam məğlubiyyətə uğradaraq Ermənistanın çökməsinə səbəb oldu.


İstehza doğuran haldır ki, bütün dünyada məğlub dövlət statusu alan Ermənistan ən çoxu da öz ölkəsini təhlükəyə ataraq təcavüzkarlıq mövqeyindən hələdə əl çəkməmişdir. İyulun 15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa ətrafındakı mövqelərimiz atəşə tutulmuşdur. Bundan əlavə Ermənistan müqavilənin şərtlərinə zidd gedərək Azərbaycan dövlət sərhəddinin Naxçıvan Müxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərimizi də atəşə tutmuşdur. 


Əsrlər boyunca işğalçılıq mövqeyində duran Ermənistanın kapitulyasiya aktının şərtlərininə əməl etməməsi bir daha bu reallığı ortaya çıxarır ki, terrorist məskəninə çevirilən tarixi Azərbaycan torpaqları artıq tam olaraq Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi dədə-baba torpaqlarımızın qaytarılması qarşımızda duran ən vacib məsələlə olaarq həm də mənəvi borcumuzdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev çox gözəl bəyan etmişdir: “Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpaqlarımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.


Bu gün də, Vətən müharibəsində əldə edilmiş Qələbə və Azərbaycanın həmin tarixi Qələbəsini hüquqi cəhətdən təmin edən üçtərəfli bəyanat dünya dövlətləri arasında beynəlxalq səviyyədə müzakirə edilməkdədir. Lakin, o dövlətlərin hansı maraqdan çıxış etdikləri və Azərbaycanın maraqlarına zidd mövqedə dayanmaları ölkə Prezidentinin haqq yolundakı qətiyyətlli addımının qarşısını ala bilməyib, bundan sonra da ala bilməyəcək. Cənab Prezident İlham Əliyevin güclü diplomatık fəaliyyəti və xalqın bir olub ölkə rəhbərinin ətrafında sıx birləşməsi, həmçinin, dost-qardaş ölkələrin Azərbaycanın haqq işinə daim dəstək göstərməsi Azərbaycanın nəyinki regionda bütün dünyada nüfuzunu yüksəltmişdir. Mən tam əminəm ki, xalqımız bundan sonra da öz liderinə böyük etimad göstərərək Prezidentin ətrafında hər zaman sıx birləşəcək və Azərbaycan da  inkişafda olan güclü dövlət kimi  daima təmkin nümayiş etdirərək böyük qələbələrə imzalar atacaqdır.


Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının prorektoru,
professor Yusif Babanlı

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi