Cəmilə: “Kiminsə pulu, kiminsə day-dayı var”

Cəmilə: “Kiminsə pulu, kiminsə day-dayı var” 

Aktrisa Cəmilə Tağızadə yeni yaradıcılıq işlərindən danışıb.

“Yeni film və serial təklifi almışam. “Barama” adlı serialdır, məşhur simalar rol alacaq. Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Asya Atakişiyeva, Aqşin Fateh və başqaları ilə kamera qarşısına keçəcəyəm.

Film barədə isə açıqlama verməyə icazə vermirlər. May ayında çəkilişlərə start veriləcək. O zaman ekran işi haqda geniş açıqlama verəcəyəm”.

Cəmilə aktrisalıqdan əldə etdiyi gəlirdən də bəhs edib:

“Təəssüf ki, aktrisalıqdan lazım olan qədər gəlir əldə edə bilmirəm. Yalandan deyə bilmərəm ki, 40-50 min qazanıram. Bu sahədə heç kim böyük məbləğlər qazanmır. Azərbaycan kinosundan milyonlar qazanmaq olmur”.

Aktrisa başqa peşə sahəsinə mənsub şəxslərin aktrisalıq etməsinə də münasibət bildirib: “Mənim aktrisalıq təhsilim var. Amma bu sahəyə başqa peşədən gələnlərə də normal baxıram. İstedad olması vacibdir. Istedadı olmadan kino sahəsinə gələnləri isə qınayıram. Kiminsə pulu, kiminsə day-dayı, kiminsə yaxşı rejissor dostları var. O səbəbə aktrisalıq edənlərə münasibətim birmənalı deyil. Çünki o zaman istedadı və təhsili olan gənclər kənarda qalır. Dünya praktikasında da var ki, təhsilsiz, amma istedadlı şəxsləri kinoya cəlb edirlər. istedadsız birinin isə istedadlının yerini tutması qəbuledilməzdir”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi