DTX-nın həbs etdiyi icra başçısının müavinin şikayəti təmin edilmədi

DTX-nın həbs etdiyi icra başçısının müavinin şikayəti təmin edilmədi 

Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov barəsində olan məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.


Qərara görə, Ramiz Tatarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi şikayət təmin olunmayıb.


Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 aya qədər artırılıb.


Xatırladaq ki, ötən ilin dekbarında Nizaməddin Quliyev və Ramiz Tatarovun barəsində həbs qətimkan tədbiri seçilmişdi./Demokrat.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi