Eks-nazirin adamı Qulam Ələkbərovun kürəkəni deputatlıq iddiasında

Eks-nazirin adamı Qulam Ələkbərovun kürəkəni deputatlıq iddiasında 

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə YAP-ın deputatlığa namizədi Anar Məmmədov haqda müdhiş iddialar var...

A.Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində şöbə rəisi işləyir.

AAYDA sədri Saleh Məmmədovun “xeyir-duası” ilə deputatlığa hazırlaşan A.Məmmədovun və atasının haqqında mediada müxtəlif informasiyalar var.

O, sabiq nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı kimi tanınan, adı kriminal işlərdə hallanmış Qulam Ələkbərovun kürəkənidir.

Q.Ələkbərovun Goranboyun rüşvət alarkən həbs edilmiş keçmiş başçısı Nizaməddin Quliyevlə ciddi əlaqələri olub.

Həmçinin, Goranboydan deputat, biznesmen Mahir Aslanova dəstək verdiyi iddiaları var.

Belə ki, Q.Ələkbərovun N.Quliyevin icra başçısı təyinatında və M.Aslanovun deputat seçilməsində təqdimat verdiyi, rol oynadığı iddiaları səslənir.

Bu dəfə isə onun kürəkəni Anar Məmmədov hakim partiya siyahısından mandat almağa yaxındır.

Mətbuatda gedən yazılara görə, Ziya Məmmədovun «sağ əli», həm də «kassiri» kimi ad çıxarmış şəxs Qulam Ələkbərovun adı nəinki qeyri-qanuni maliyyə işlərində, hətta kriminal işlərdə hallanıb.

Bir müddət əvvəl keçmiş nəqliyyat naziri ilə bağlı vəziyyət pisləşəndə ölkədən qaçan sözügedən şəxsin Ukraynada olduğu deyilirdi.

Qardaşı Misir Ələkbərov isə Goranboyda Yol İstismar İdarəsində rəis müavini vəzifəsində çalışırdı. Hazırda vəzifədə olub-olmadığı bilinmir.

Qulam Ələkbərovun erməni əsilli iş adamı ilə ortağ olması barədə iddialar da mediada yer alan xəbərlər sırasındadır.

Mətbuatda yayılmış məlumata görə, Dneprepetrovskda tikinti və montaj işləri ilə məşğul olan K.A.S. LTD firmasının əsl sahibi Azərbaycan vətəndaşı Q.Ələkbərovdur. dnepropetrovsk.glo.ua saytında göstərilir ki, firma Lenin rayonu, L.Şmidt küçəsi, 13-də yerləşir.

Həmin firmaya hüquq xidmətini isə Kiyevdə, Lesi Ukrainki bulvarı, ev 34-də yerləşən “Tsentralnıe BTI” hüquq firması göstərir. Bu firmanın sahibi Aleksandr Karapetyandır. (Xeber.de)

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi