“Fond büdcənimi doldursun, işğaldan azad edilən torpaqlarımı tikib-qursun, yol-qaz-işıqmı çəksin, iş yerimi yaratsın?!”
“Ədaləti özün üçün tələb etmək sənin haqqındır, hüququndur, başqası üçün tələb etmək isə artıq dəyərdir, prinsipdir.
Türkiyədə Ərdoğan yeni hüquqi və iqtisadi islahatlar olacağını söylədi, dedi ki, iqtisadi sahədə uğurların olması üçün hüqüqun üstünlüyü və ədalətli məhkəmə sistemi çox vacibdir. Buna sevindim, AKP 18 ildən sonra bu bəlli həqiqətə gəldi, ümid edirəm ki, qardaş ölkədə başlayan bu yanaşma bizə də təsir edər”.
Bunu iqtisadçı Natiq Cəfərli deyib.
N.Cəfərli qeyd edib ki, Qarabağ savaşının növbəti mərhələsi iqtisadiyyatda və diplomatiyada olacaq: “Bizə çox güclü iqtisadiyyat lazımdır. Güclü iqtisadiyyat üçün isə ədalətli məhkəmə sistemi olmazsa-olmazdır. Güclü ordu da dayanıqlı iqtisadiyyata bağlıdır, güclü diplomatiyanın arxasında həmişə güclü əsgər dayanır. İşğalın izlərini silməyə, vətəni dirçəltməyə on milyardlarla dollar lazım olacaq. Tək Neft Fondu bu işə yetərli deyil, tifil Fond büdcənimi doldursun, işğaldan azad edilən torpaqlarımı tikib-qursun, yol-qaz-işıqmı çəksin, iş yerimi yaratsın?! Rezindən deyil axı bu Fond...”
Bu xəbər üçün şərh yazın