“İsgəndər” raketlərindən istifadə etdiklərini deyən erməni general həbs edildi

“İsgəndər” raketlərindən istifadə etdiklərini deyən erməni general həbs edildi 

Ermənistan DTX bir qədər öncə general-polkovnik Movses Akopyanı saxlayıb.

 Ermənistan mətbuatı xəbər verir ki, generalın saxlanılmasına səbəb mətbuata verdiyi açıqlama olub. 

O deyib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı "İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.

"Bu raketlərdən ("İskəndər”i nəzərdə tutur - red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, - deyə M.Akopyan qeyd etmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər