Kamaləddin Qafarov Binəqədi rayonunda keçirilən Novruz şənliyində iştirak etmişdir

Kamaləddin Qafarov Binəqədi rayonunda keçirilən Novruz şənliyində iştirak etmişdir 

Martın 19-da Binəqədi rayonunun M.Rəsulzadə qəsəbəsinəki Heydər Əliyev adına parkda Novruz şənliyi keçirilmişdir.

Şənlikdə  Azərbaycan Respublikası Milli Məclisinin deputatları Kamaləddin Qafarov, Madər Musayev, Azay Quliyev, xarici ölkə səfirliklərinin ölkəmizdə akkreditə olunmuş bir qrup əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Qonaqları və yerli sakinləri parkın girişində  ulu Dədə Qorqud və Bahar qız qarşılamış, onları Novruz bayramı münasibəti ilə təbrik etmiş, xalqımıza əmin-amanlıq, hamıya ruzi-bərəkət və uğurlar arzulamışlar. Qonaqlara xalqımızın qədim ənənəsinə uyğun olaraq duz- çörək və Qarabağımızda yetişən xarı bülbül təqdim edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şənlik iştirakçılarını salamlamış , ölkəmizdə gedən son quruculuq işləri və nailiyyətlər haqqında danışmış, sözü tədbirin iştirakçılarına və  gənc istedadlara vermişdir.  İstedadlı kollektivlərin təqdim etdikləri rəngarəng ifalar və tematik səhnəciklər Novruz şənliyinə toplaşanların böyük marağına səbəb olmuşdur.

Respublikamızın bölgələri üçün ayrılmış çadırlarda qonaqlara və sakinlərə ayrı-ayrı rayonların geyim nümunələri, mətbəxi və turizm potensialı ilə bağlı geniş informasiya verilmişdir. Çadırların önündə qonaqları salamlayan, yurdumuzun müxtəlif tarixi qəhrəmanlarının obrazını canlandıran aktyorların oyunu da maraqla qarşılanmışdır.

Şənlik rayonun bədii özfəaliyyət kollektivlərinin və tanınmış ifaçıların böyük bayram konserti ilə başa çatmışdır. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər