Madonna xəbər saytından təzminat aldı

Madonna xəbər saytından təzminat aldı 

ABŞ-ın pop ulduzu Madonna, "şəxsi həyatına müdaxilə edən" Böyük Britaniyanın internet xəbər saytı "Mail Online"-nın ödədiyi təzminatı qəbul edib.

Faktinfo.az xəbər verir ki, London Ali Məhkəməsində irəli sürülən iddiada təzminatın miqdarı açıqlanmayıb. Madonnanın vəkili Jenny Afia fevralda övladlığa götürdüyü əkizləri Stella və Estera haqqında çap olunan məqalənin pop ulduzu çətin vəziyyətə qoyduğunu vurğulayıb. 

Vəkil həmçinin müğənninin mediadan şəxsi həyatına dəfələrlə hörmət edilməsini xahiş etdiyini xatırladıb. Afia məşhur ulduzun qəbul etdiyi təzminatı Malavidəki uşaq xəstəxanasına bağışlanacağını da bildirib.

Xatırladaq ki, “MailOnline “ saytında yanvar ayında çap olunan məqalədə 4 yaşlı əkiz qızların şəxsi məlumatları o cümlədən Afrika ölkəsi olan Malavidə bir yetimxanada qaldıqlarına dair  məlumatlar yer almışdı.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi