Marqvelaşvili siyasətə dönür – İvanişviliyə qarşı...
Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili siyasətə dönməyə hazır olduğunu bildirib.
Marqvelaşvili “PalitraNyus” televiziyasına müsahibəsində siyasi fəaliyyətinin müxalifətə qarşı yönəlməyəcəyini və müxalifətin birliyini qorumağa çalışacağını deyib:
“Bu gün mənim üçün ən dəyərli şey müxalifətin birliyidir. Mənin siyasi səylərim birliyin dəstəklənməsi və güclənməsinə yönəlib. Yerdə qalanlar yalnız detallardır”.
Qeyd edək ki, Marqvelaşvili 2013-2018-ci illərdə Gürcüstan prezidenti olub. O, Gürcü Arzusundan prezident seçilsə də, sonradan partiyanın lideri Bidzina İvanişvili ilə münasibətləri həddən artıq pisləşib. Bundan sonra Marqvelaşvili hakimiyyətdə təklənərək, Gürcü Arzusu deputatlarının mütəmadi hücumuna məruz qalıb./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın