“Məni qaçırtmaq istəyirdi...” - Telli Borçalı
"Səhər-səhər" proqramının növbəti qonağı aşıq Telli Borçalı olub. Sənətçi ailə qurmaması ilə bağlı sualları cavablandırıb.
Faktinfo.az-ın axşam.az-a istinadən məlumatına görə, T.Borçalı bildirib ki, onu bir dəfə qaçırtmaq istəyiblər: "O adamı istəmirdim. Ancaq evlərində söhbət gedib ki, məni alsınlar. Mənə bir tanış qız xəbər etdi ki, səni bulaqdan gələndə qaçırdacaqlar. Ona görə mən də, oğlan gələndə heç yaxınlaşmamış maşınını daşlamışam. Həmin daşla maşınını qırmışam. Yaxın belə düşə bilməyib mənə. Heç vaxt da bu hərəkətimdən peşman olmamışam. Acığım gəlirdi o oğlandan".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın