Müğənnilərdən Brilyanta sərt sözlər: “Tüpürüm onların...”

Müğənnilərdən Brilyanta sərt sözlər: “Tüpürüm onların...” 

Erməninin heç vaxt musiqisi olmayıb. Onlar bizimlə qonşu kimi yaşayıb musiqilərimizi oğurlayıblar.

Faktinfo.az xəbər verir ki,bu sözləri əməkdar artist Əli Mirəliyev xalq artisti Brilyant Dadaşovanın erməni qarmon ifaçısına münasibəti haqda Kult.az-a açıqlamasında deyib. O, ermənilərlə düşmən münasibətində olmağımızı xatırladıb:

“Bizim dahi Füzulimiz, Nizamimiz var. Bəs onların kimi var? Əgər bu gün torpaqlarımız erməni işğalı altındadırsa, onlar bizim düşmənimizdirsə, onların musiqiçilərinin adlarını çəkmək belə bizə yaraşmayan addımdır. Bizə ayıb olsun ki, erməni musiqiçinin adını çəkirik. Erməni musiqiçi ilə əlaqə yaratmaq xalq artisti olan birinə baş ucalığı gətirmir”.

Xalq artistinin bu hərəkətinə əməkdar artist Baloğlan Əşrəfov da biganə qalmayıb:

“Brilyant Dadaşovanın xətrini çox istəyirəm, amma ermənilər bizim düşmənimizdir. Onlar bizim körpə balamızı öldürəndən sonra onların sənəti də mənim üçün yoxdur. Tüpürüm onların sənətinə də, özlərinə də! Mən o milləti heç sevmirəm. Onları tərifləməyə dəyməz”.

Qeyd edək ki, B.Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarının altına ürək, əla işarələri düzməsi və “super” yazmasına görə sosial şəbəkə istifadəçilərinin kəskin tənqidi ilə üzləşib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər